XƏBƏRLƏR / Hava

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-u və 30-u isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

    Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.