XƏBƏRLƏR / Hava

Leysan yağıb, güclü külək əsib

Faktiki hava

Leysan yağıb, güclü külək əsib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.

    Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.