Reportaj

Liderlər Budapeştdə FOTOREPORTAJ

Azərbaycan, Türkiyə , Serbiya, Özbəkistan, Türkmənistan, Qırğızıstan prezidentləri Macarıstanda

Liderlər Budapeştdə FOTOREPORTAJ
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəbər verdiyimiz kimi, avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın paytaxtı Budapeştə səfər ediblər.

    Səfər Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə baş tutub. 

    Dövlət başçısı Budapeştdə bir sıra ölkələrin liderləri ilə görüşüb. Prezident və birinci xanım Budapeştdəki Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər. Daha sonra Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə ziyafət verilib.

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də Budapeştdə olub.