XƏBƏRLƏR / İctimaiyyət

Los-Ancelesdə komendant saatı tətbiq edilib

Bu barədə şəhərin meri Karen Bass mətbuat konfransında bildirib

Los-Ancelesdə komendant saatı tətbiq edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Los-Ancelesin (Kaliforniya ştatı) mərkəzində davam edən etirazlar və iğtişaşlarla əlaqədar komendant saatı tətbiq edilir.

    Bu barədə şəhərin meri Karen Bass mətbuat konfransında bildirib.

    “Vandalizm və qarətçiliyə son qoymaq üçün Los-Ancelesin mərkəzində komendant saatı tətbiq edirəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və işləmirsinizsə, bu ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozanları saxlayacaq”, – o açıqlayıb.

    Mer qeyd edib ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 07:00) qüvvəyə minəcək və çərşənbə günü saat 06:00-a (Bakı vaxtı ilə 17:00) qədər qüvvədə olacaq.

    Qeyd edək ki, iğtişaşlar iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) Los-Ancelesin mərkəzində keçirdiyi reyddən sonra başlayıb, burada qanunsuz miqrantların aşkarlanması üzrə kütləvi əməliyyat keçirilib. Ağ ev şəhərə 2 min milli qvardiya əsgərinin yeridilməsini elan edib.