Macarıstan Azərbaycan qazını almağa başlayıb
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto belə deyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "X" hesabında paylaşım edilib.
P.Siyerto deyib: “Dostum Bayramovu Budapeştdə bir daha salamlayıram və qeyd edim ki, Azərbaycan və Macarıstan arasında qaz axını artıq başlayıb”.
Bundan əvvəl məlumat verilmişdi ki, Azərbaycan 2023-cü ilin dördüncü rübündə (həcm 100 milyon kubmetrdir) Macarıstana qaz tədarük etməyə başlayacaq. Bundan əlavə, Macarıstan qaz anbarları üçün 50 milyon kubmetr qaz alacaq.
Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası da keçirilib.
Nazirlər ilk Stateji Dialoqun keçirilməsi ilə bağlı protokol imzalayıblar.