Maduro bu axşam məhkəmə qarşısına çıxarılacaq
Venesuela Prezidenti narkotik ticarətinə rəhbərlik etməkdə ittiham olunur
Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu gün Nyu-Yorkda Manhetten federal məhkəməsinə çıxarılacaq.
Xarici KİV xəbər verir ki, Maduro narkotik ticarətinə rəhbərlik etməkdə ittiham olunaraq dörd maddə üzrə mühakimə ilə üzləşəcək.
Proses yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
Dinləmələrə hakim Alvin K. Hellerstein sədrlik edəcək.
Məlumata görə, hakimin cütlüyün hüquqlarını izah etməsi və onlardan günahlarını etiraf edib-etmədiklərini soruşması gözlənilir. Maduro və həyat yoldaşının dinləməyə qədər girovsuz həbsdə qalacağı demək olar ki, dəqiqdir.
Venesuela prezidenti Nikolas Maduro şənbə günü ABŞ-ın müdaxiləsilə devrilib.
1 dəqiqədən az