XƏBƏRLƏR / Hava

Martın 24-ü saat 11:00-a olan faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Martın 24-ü saat 11:00-a olan faktiki hava açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 24-ü saat 10:00-a olan məlumata əsasən, martın 23-ü günün birinci yarısında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.

    Düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.

    Duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır

    Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

    Havanın temperaturu:

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.