Masallıda meşə ərazisində yanğın olub VİDEO
Bu barədə FHN xəbər yayıb
Masallı rayonu Şıxlar kəndi ərazisində meşə massivində yanğın olub.
Hadisə günorta saatlarında baş verib. 0.8 ha ərazidə baş verən yanğın xəzəl və kol-kosun alışmasından yaranıb.
FHN-nin Masallı Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.