"Sony Music Group"un Maykl Ceksonun kataloqunun yarısı üçün ən azı 600 milyon dollar (475 milyon funt sterlinq) ödədiyi anlaşılır. Bu, müğənninin musiqi sərvətinin 1,2 milyard dollardan (950 milyon funt sterlinq) çox olması deməkdir.
Müqavilə həm də tək bir musiqiçinin işi üçün indiyə qədərki ən böyük sövdələşmə olacaq.
Bu barədə BBC yazır.
2009-cu ildə 50 yaşında vəfat edən Maykl Cekson bütün dövrlərin ən uğurlu pop ulduzlarından biridir və dünyada 400 milyondan çox albom satıb. Onun 1982-ci ildə yazdığı "Triller" albomu hələ də Ginnesin Rekordlar Kitabına görə bütün zamanların ən çox satılan rekordudur.
Onun "Billie Jean" və "Beat It" mahnıları təkcə "Spotify"-a bir milyard dəfədən çox səsləndirilib. Baş rolda Ceksonun bacısı oğlunun çəkildiyi film də şübhəsiz ki, marağı artıracaq.