XƏBƏRLƏR / Siyasət

MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

Sankt-Peterburqa doqquz ölkə başçısı toplaşıb

MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 26-da Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

    Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edib. 

    Qeyri-rəsmi sammit başlamazdan əvvəl onun iştirakçıları Pavlovsk, Tsarskoe Selo və Peterhof muzey-qoruqlarına baş çəkiblər.