XƏBƏRLƏR / Neft və Qaz

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri azalıb

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında xəbər verilir

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri azalıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22 520,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% azalıb.

    Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında xəbər verilir.

    Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 20 629 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,2% azdır.

    Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

    Fəaliyyət növlərinin adı

    2025-ci ilin yanvar- iyul aylarında istehsal edilmişdir, milyon manat

    Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

    Mədənçıxarma sənayesi

    22 520,9

    96,7

    Xam neft və təbii qaz hasilatı

    20 629

    96,8

    Metal filizlərinin hasilatı

    360,9

    164,9

    Mədənçıxarma sənayesinin digər sahələri

    121

    113,8

    Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

    1 410

    84

    Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15 996,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 551 mln. kub metr təşkil edib.

    Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,2% artıb.

    Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

    Məhsul növləri

    2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib

    Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

    01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

    Xam neft və təbii qaz hasilatı

    Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

    16 033,7

    94,6

    248,7

    ondan əmtəəlik

    15 996,9

    94,6

    248,7

    Təbii qaz, milyon kub metr

    29 246,1

    99,3

    -

    ondan əmtəəlik

    22 551,0

    100,2

    -