XƏBƏRLƏR / Rəsmi

Mədət Quliyev nazir vəzifəsindən azad edildi

Prezident yeni müdafiə sənayesi naziri təyin etdi FOTO

Mədət Quliyev nazir vəzifəsindən azad edildi
Mədət Quliyev
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edil.ib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Prezidentin digər sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

    Vüqar Valeh oğlu Mustafayev

    Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.

    2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsində mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını fərqlənmə ilə bitirib.

    2010 – 2013-cü illər Xəzər Universitetində Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramını başa vurub.

    2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edibr.

    2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində qulluq edib.

    Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

    2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.

    2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.

    2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb:

    2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.

    2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.

    2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

    Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli sərəncamı ilə müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.

    18 noyabr 2023-cü ildə müdafiə sənayesi nazrinin müavini vəzifəsindən azad olunub və nazir vəzifəsinə toyin edilib.

    Ailəlidir. İki övladı var.

    Qeyd edək ki, Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.