Reportaj

Rusdilli Azərbaycanlılar Azərbaycan haqqında nə bilir?

"Битва за Азербайджан!" Rus dilində Azərbaycan haqqında mühazirələr - bu gündəmdə olan vacib məsələdir!

Rusdilli Azərbaycanlılar Azərbaycan haqqında nə bilir?
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Fevralın 2-də Azərbaycan Tarix Muzeyində görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 141 illik yubileyinə həsr olunmuş "Azərbaycan Uğrunda Döyüş" adlı mühazirə keçirildi.

    Tədbir professor Solmaz Tohidi-Rustəmova və jurnalist Vahid Mustafa yevin aparıcılığı ilə təşkil olundu və geniş iştirakçı auditoriyasını bir araya gətirdi.


    Tədbirə qatılma tamamilə təmənnasız idi və 200-dən çox dinləyici məruzəçiləri diqqətlə izləmək üçün Azərbaycan Tarix Muzeyinin kiçik akt zalında toplaşmışdı. Zal yalnız 100 nəfərlik oturacaq tutumu olduğu halda, çoxsaylı iştirakçılar 4 saatlıq tədbiri ayaq üstə izləyərək, Məhəmməd Əmin Rəsulzadə barədə əhəmiyyətli məlumatlarla tanış oldular.

    Professor Solmaz Tohidi-Rustəmovanın çıxışı

    Tədbirin açılışını ilk olaraq professor Solmaz Tohidi-Rustəmova etdi. Çıxışında o, Məhəmməd Əmin Rəsulzadənin həyat yolunun hərtərəfli təhlilini təqdim etdi. Solmaz xanım Rəsulzadənin uşaqlıq illərindən başlayaraq onun siyasi fəaliyyətinə qədər olan dövrünə dair çoxsaylı dərin və ətraflı məlumatlar verdi. Onun Azərbaycana və xalqa olan dərin sevgisi, siyasi ideologiyaları və mühacirətdə keçirdiyi dövrün önəmini vurğulayan professor xüsusilə Rəsulzadənin dövlətçilik ideyalarının inkişafına dair geniş bir təsvir təqdim etdi. Bu məlumatlar Azərbaycanda yaşayan rus dilli vətəndaşlara Məhəmməd Əmin Rəsulzadə barədə və ümumiyyətlə Azərbaycanın bir Suveren Respublika kimi yeni və daha dolğun bir baxış bucağı yaratdı.

    Vahid Mustafa yev və virtual Ev Muzeyinin təqdimatı

    Daha sonra ANS Şirkətlər Qrupunun Prezidenti, jurnalist Vahid Mustafa yev çıxış edərək, Məhəmməd Əmin Rəsulzadənin virtual Ev Muzeyinin təqdimatını etdi. Bu layihə Rəsulzadənin həyatını və fəaliyyətini daha geniş kütləyə çatdırmaq məqsədini güdür. Vahid bəy tədbir iştirakçılarına www.rasulzademuzeyi.org saytının təqdim etdiyi imkanları ətraflı izah etdi. İlk öncə sayt 7 dildə olması (o cümlədən rus dilində) bütün millətlərə Azərbaycanın yaranma tarixi və fundamental dövlətçilik ənənələri haqqında kifayət qədər məlumat verdi. O, saytda təmizlənmiş şəkillər, tarixi sənədlər və Rəsulzadənin yaşadığı evin və yaradıcılıqla məşğul olduğu məkanların nümayişi barədə məlumat verməklə ölkənin yaradıcılarının əzəməti və ölkə quruculuğuna verdiyi silinməz töhvələri haqda danışdı. Bu virtual muzey Məhəmməd Əmin Rəsulzadənin həyatının hər anını gələcək nəsillərə və digər millətlərə onların doğma dilində ətraflı şəkildə çatdırmağı hədəfləyir və tədbir iştirakçıları bu yeni layihəyə böyük maraq göstərdilər. Onlar Rəsulzadənin ailə həyatını, mühacirətdəki fəaliyyətini və Azərbaycanın müstəqilliyi uğrundakı mübarizəsini daha yaxından öyrənmək imkanı əldə etdilər.

    Rais Rəsulzadənin iştirakına xüsusi diqqət

    Tədbirə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais bəy Rəsulzadə də qatıldı. Onun iştirakının tədbirə xüsusi bir dəyər qatdığı açıq-aşkar idi. Rais bəy mühazirəçilər və iştirakçılarla təcrübələrini və xatirələrini bölüşdü, həmçinin sualları cavablandıraraq iştirakçılara Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti barədə daha da ətraflı məlumat verdi.

    Tədbirin sonunda sual-cavab sessiyası
    Tədbirin sonunda dinləyicilər mühazirəçilərə və Rais bəy Rəsulzadəyə müxtəlif suallar ünvanladılar. Suallar, əsasən Məhəmməd Əmin Rəsulzadənin ideyalarına, onun mühacirət dövründəki fəaliyyətinə və Azərbaycanın gələcəkdəki inkişafına olan baxışlarına yönəlmişdi.
    Suallardan biri M.Ə. Rəsulzadənin "Bir kərə qalxan bayraq bir dəha enməz!" ifadəsi ilə bağlı oldu. Solmaz xanım cavab olaraq M.Ə. Rəsulzadənin özünün bu barədə verdiyi cavabını çatdırdı toplaşanlara: "Heç vaxt bayrağı bir parça kimi təsəvvür etməyin. Bu bayraq hər bir Azərbaycanlı gənclnin ürəyindədir və heç bir vaxt enməyəcək!"
    Digər sual M.Ə. Rəsulzadənin ailə və uşaqlarını qoyub getməsi haqda oldu. Bu suala da Solmaz xanım cavab verərək toplaşanlara anlatdı ki, inqilabşıların yolu adi insanların yolundan daha geniş olur - onlar fərdlər haqda deyil millət, xalq və dövlətçilik kimi miqyaslarla düşünürlər. Vahid Mustafayev həmə sula cavab olaraq əlavə etdi ki, M.Ə. Rəsulzadə haqqında sualların olması ona aid bədii əsərlərin və ya filmlərin azlığı səbəbdir. "Bu gün Çörçil və digər dünya miqyaslı Dövlət xadimləri haqda suallar demək olar ki yoxdur ona görə ki, onlar haqda kifayət qədər bədii publisistik əsərlər yazılıb və kütlələr daxildə olan maraqlarını tam ödəyə biliblər. O ki qaldı M.Ə. Rəsulzadənin ailəsini niyə tək qoyub getməyinə bu sualı bir çox Şəhidlərimizə də vermək olar... Məsələn niyə Çingiz Mustafayev ailəsini qoyub getdi kimi suallar eyni məşəlli suallardır" - deyə Vahid Mustafayev çıxışını sona çatdırdı!

    Nəticə
    Bu tədbir Məhəmməd Əmin Rəsulzadənin həyatını və fəaliyyətini daha dərindən öyrənmək istəyən rus dilli Bakılılara və şəhərimizin qonaqlarına qiymətli bir fürsət oldu. Solmaz Tohidi-Rustəmovanın dərindən aparılmış təhlili, Vahid Mustafa yevin təqdim etdiyi virtual Ev Muzeyi və Rais bəyin söylədiyi maraqlı tarixi faktlar, rus dilli auditoriyaya Rəsulzadə haqqında yeni, daha zəngin bir baxış açısı qazandırdı. Toplaşanlar Azərbaycanın böyük və əbədi köklərə bağlılığı, zəngin siyasi doktrinası, əsirlərlə formalaşan dövlətçiliyi haqda vacib məlumatlara sahib oldular. Tədbir həm də Rəsulzadənin irsini qorumaq və gələcək nəsillərə çatdırmaq istiqamətində atılan önəmli bir addım oldu.

    Azərbaycan Tarix Muzeyində təşkil olunan bu növ tədbirlər yalnız tariximizi anlamaqla kifayətlənməyib, həm də müasir dövrdə həmin tarixdən necə faydalana biləcəyimizi göstərməklə böyük əhəmiyyət kəsb edir.
    Fürsətdən istifadə edib Azərbaycan Tarix Muzeyinin başda Nailə xanım olmağla bütüm əməkdaşları və bizi dinləməyə gələn bütün ziyarətçilərimizə dərin təşəkkürümüzü bildirirəm!