Məhərrəmliyə görə saxta 200 manat paylayan şəxs saxlanıldı
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib
Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb.
Onun üzərindən 200 manat saxta əskinas aşkarlanıb.
Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.
Araşdırmalar davam etdirilir.