XƏBƏRLƏR / Məhkəmə

Məhkəmə uşağı öldürən məşqçinin əleyhinə qərar çıxarıb

Sumqayıt şəhər məhkəməsi Mehman Xəlilovu 4 ay müddətinə həbs edib

Məhkəmə uşağı öldürən məşqçinin əleyhinə qərar çıxarıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sumqayıt şəhər məhkəməsi aprelin 29-da şəhər 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bəkarova azyaşlının ölümü ilə nəticələnən ağır bədən xəsarətləri yetirmiş 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində hökm çıxarıb.

    İstintaq müddətinə Xəlilov 4 ay müddətinə həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

    İlkin araşdırma zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına uşağın yıxılma nəticəsində xəsarət aldığını bildirib.

    Yaxınlarının sözlərinə görə, məşqçi hadisədən sonra ailəyə xəbər vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata görə, tibb müəssisəsi Xəlilova Bəkarovu ixtisaslaşdırılmış xəstəxanaya aparmağı məsləhət görsə də, məşqçi uşağı evə gətirib. Uşağın vəziyyətinin ağır olduğunu görən ailə üzvləri onu yenidən xəstəxanaya çatdırsalar da, Bakarovun həyatını xilas edə bilməyiblər.