XƏBƏRLƏR / Din

Mehriban Əliyevanın Ramazan ayı münasibəti ilə təbriki

Birinci vitse-prezident İnstagram səhifəsində paylaşım edib

Mehriban Əliyevanın Ramazan ayı münasibəti ilə təbriki
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci vitse-prezident Mehriban Əliyeva İnstagram səhifəsində təbrik yerləşdirib.

    Paylaşımda deyilir: "Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

    Dərin hörmət və sevgilərlə,
    Sizin MEHRİBAN"