XƏBƏRLƏR / Kriminal

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib

DİN xəbər verir

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.