XƏBƏRLƏR / İctimaiyyət

M.Ə.Rəsulzadənin 140 illiyi bağlı tədbirlər başlayıb FOTO

Tədbirdə xarici ölkə alimləri də iştirak ediblər

M.Ə.Rəsulzadənin 140 illiyi bağlı tədbirlər başlayıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər Universitetində “Tadueş Svetoçovski və Azərbaycan” gecəsi ilə “II Beynəlxalq Rəsulzadə qiraətləri”nə start verilib.

    Qeyd edək ki, Tadueş Svetoçovski görkəmli Polşa və Amerika tarixçisi, XX əsr Azərbaycan tarixinin ilk xarici tədqiqatçılarından biri, Azərbaycanın böyük dostu olub (1934-2017).

    Tədbirdə xarici ölkə alimləri, o cümlədən Varşava və Ankara universitetlərinin adlı-sanlı professorları iştirak ediblər.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 30-da imzaladığı Sərəncamda görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi qeyd olunur.