XƏBƏRLƏR / Maliyyə

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

    Bu barədə AMB xəbər verir.

    Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

    "Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.

    AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.