XƏBƏRLƏR / Kriminal

Meşəlidə Vaqif Xaçaturyanın öldürdüyü şəxslərin siyahısı

Bu barədə V.Xaçaturyanın işi üzrə ittiham aktında deyilir

Meşəlidə Vaqif Xaçaturyanın öldürdüyü şəxslərin siyahısı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Meşəli kəndində Vaqif Xaçaturyan və digər erməni silahlıları tərəfindən öldürülənlərin adları məlum olub.

    Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı törədilən soyqırımı zamanı erməni terrorçusu Vaqif Xaçaturyanın qətlə yetirdiyi şəxslərin adları məlum olub.

    Bu barədə V.Xaçatryanın işi üzrə ittiham aktında deyilir.

    Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.

    Zərərçəkənlər Vaqif Xaçaturyanın ömürlük həbs olunmasını tələb ediblər.

    Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.

    Qeyd olunub ki, 1991-ci il dekabrın 23-də səhər saat altı radələrində Vaqif Xaçautryan qanunsuz silahlı birləşmələrin üzvləri ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Rusiya Federasiyası Xankəndi şəhərində yerləşən Meşəli kəndinin evlərinə və küçələrinə hücum edib.

    Hücum nəticəsində aşağıdakı kənd sakinləri həlak olub:

    Quliyev Qədim (1936-cı il təvəllüdlü),
    Quliyeva Rüba Hacı qızı (1936-cı il təvəllüdlü),
    Quliyev Mətləb Qənimət oğlu (1903-cü il təvəllüdlü),
    Novruzov Novruz Məhərrəm oğlu (1932-ci il təvəllüdlü),
    Novruzova Adilya Məhəmməd qızı (1932-ci il təvəllüdlü),
    Novruzova Raxilə Novruz qızı (1977-ci il təvəllüdlü),
    Novruzova Rübabə Novruz qızı (1979-cu il təvəllüdlü),
    Sadıqov Evez Alış oğlu (1926-cı il təvəllüdlü),
    Sadıqova Qönçə Məmmədbağır qızı (1932-ci il təvəllüdlü),
    Nurməmmədov Hüseyn Rza oğlu (1927-ci il təvəllüdlü),
    Nurməmmədova Pakizə İslam qızı (1936-cı il təvəllüdlü),
    İbadullayev Nadir Nəbi oğlu (1969-cu il təvəllüdlü),
    Allahverdiyev Vidadi Musyul oğlu (1974-cü il təvəllüdlü),
    Kazımov Xəlil Mahmud oğlu (1983-cü il təvəllüdlü),
    Mehrəliyev Əli Mürsəl oğlu (1963-cü il təvəllüdlü),
    Gümbətov Bəhlul Müseyib oğlu (1942-ci il təvəllüdlü),
    Qasımov Ənvər Bahadur oğlu (1929-cu il təvəllüdlü),
    Xudayarova Sürəyya Alış qızı (1915-ci il təvəllüdlü)

    Xocalı rayon polis şöbəsinin (milisin) çavuş vəzifəsini icra edənləri:

    Quliyev İsmayıl Qənimət oğlu (1969-cu il təvəllüdlü),
    Novruzov Zakir Novruz oğlu (1971-ci il təvəllüdlü).