XƏBƏRLƏR / İctimaiyyət

Metroda sərnişin ölüb

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib

Metroda sərnişin ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qatardan düşərək "Koroğlu" metrostansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

    Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

    Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.