XƏBƏRLƏR / Nəqliyyat

Metropolitendə qatarların hərəkətində problemlər yaranıb

Qırmızı Xətt üzrə qatarların hərəkəti qısa müddət ərzində bərpa edilib

Metropolitendə qatarların hərəkətində problemlər yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Metronun “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

    “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub. Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.