XƏBƏRLƏR / Ekologiya

Mikayıl Cabbarov Çinin BYD şirkətindən İvan Cao ilə görüşüb

İqtisadiyyat naziri BYD şirkətinin Mərkəzi Asiya üzrə icraçı direktoru ilə yaşıl texnologiyaların tətbiqini müzakirə edib

Mikayıl Cabbarov Çinin BYD şirkətindən İvan Cao ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın İqtisadiyyat Nazirliyində keçirilən müşavirədə ekoloji cəhətdən təmiz yaşıl texnologiyaların tətbiqi müzakirə olunub.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini İvan Cao ilə görüş keçirib.

    Görüşdə ölkəmizin iqtisadi prioritetləri, ekoloji cəhətdən təmiz yaşıl texnologiyaların tətbiqi ilə bağlı məlumat verilmiş, bu sahədə tərəfdaşlıq perspektivləri vurğulanmışdır. Çin şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət olunur. Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi perspektivləri və bu istiqamətdə BYD ilə əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.