XƏBƏRLƏR / İctimaiyyət

Milanda içki satışına bəzi qadağalar qoyulub

Qərar iyunun 1-dək qüvvədə olacaq

Milanda içki satışına bəzi qadağalar qoyulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İtaliyanın Milan şəhərində turistik yerlərdə gecə saatlarında açıq ərazilərdə şüşə və dəmir qablarda içki satışına qadağa qoyulub.

    Milan meri Cüzeppe Sala tərəfindən imzalanan qərara əsasən, təxminən bir ay ərzində şəhərin 12 əsas turistik məkanında saat 22:00-dan 05:00-dək açıq ərazilərdə şüşə və dəmir qablarda spirtli və ya sərinləşdirici içkilərin satışı qadağan olunub. Qadağa bütün kiçik, orta və iri satış yerlərinə və belə məhsulların satıldığı avtomat satış məntəqələrinə aiddir. Şəhərdə gecə həyatını təşkil etmək səyləri çərçivəsində qəbul edilən qərar iyunun 1-dək qüvvədə olacaq.

    Qapalı məkanlarda xidmətlərə məhdudiyyət qoyulmasa da, orada karton fincanlardan istifadə edilməsi tələb olunur.