Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Kiyev şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.
1 dəqiqədən az