Minaya düşən şəxsin son durumu
Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb
Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Zaməddin Həsənovun hər iki ayağı amputasiya edilib.
Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Oktyabrın 6-da piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.