Mirzoyan Kaya Kallasla Bakı ilə sülh sazışını müzakirə edib
Bu barədə Ermənistan xarici işlər naziri xəbər yayıb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ilə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını müzakirə edib. Görüşdə Cənubi Qafqazda sülhün bərqərar olması üçün sülh sazişinin imzalanmasının vacibliyi qeyd edilib.
Görüş Avropa Şurası Nazirlər Komitəsinin Lüksemburqda keçirilən növbəti sessiyası çərçivəsində baş tutub. Bundan əlavə, tərəflər Aİ-Ermənistan tərəfdaşlığının dərinləşdirilməsini müzakirə edib, beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.