Misir Senatının sədri Fəxri xiyabanı ziyarət edib
Abdel Vahab Abdel Razek Heydər Əliyevin məzarı önünə əklil qoyub

Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razek mayın 26-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.