XƏBƏRLƏR / Mədəniyyət

"Möhtəşəm Yüz İl" serialının ulduzu həbsxanaya gedəcək

Bu barədə Türkiyə mediası yazır

"Möhtəşəm Yüz İl" serialının ulduzu həbsxanaya gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Möhtəşəm Yüz İl” serialında "kanuni" Süleyman obrazını canlandıran Halit Ergenc 2013-cü ildə İstanbulda baş verən etirazların istintaqında yalan ifadə verməkdə təqsirli bilinib.

    Aktyor 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə Ergençin cinayət keçmişinin olmadığını nəzərə alaraq, müddəti azaldıb. İndi Ergenç 1 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

    “Sultan Süleyman” təqsirini boynuna almır və məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyir.