Moldova Prezidenti Maya Sandunun andiçmə mərasimi keçirilib
Sandu rəsmi şəkildə dövlət başçısı vəzifəsinin icrasına başlayıb

Moldova Prezidenti Maya Sandu and içərək rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
Sandu etimada görə təşəkkür edib və vurğulayıb ki, o, ölkəyə çətin vaxtlarda rəhbərlik etməli olub, lakin bütün çətinliklərə baxmayaraq, Moldova sülhü qoruyub saxlaya bilib və demokratiyanı qoruyub.