Moldovada Rusiyanın ölkədə çevriliş planından danışıblar
Ölkə prezidenti Maya Sandu Ukraynanın üzə çıxardığı Rusiya planını açıqlayı
Plan mülki geyimdə olan hərbçilərlə təxribatı nəzərdə tutur. Xüsusilə, bəzi dövlət qurumlarına hücumlar və girov götürmə kimi zorakı hərəkətlər planlaşdırılır.
Maya Sandunun sözlərinə görə, Rusiya Federasiyası müxalifətin etiraz aksiyalarının köməyi ilə Moldovada dövlət çevrilişi etmək və ölkədə hakimiyyəti dəyişmək niyyətindədir. Materiallarda Rusiya, Belarus, Serbiya və Monteneqro vətəndaşları üçün Moldovaya giriş qaydalarına dair təlimatlar var.