XƏBƏRLƏR / COP29

Monteneqro Prezidenti Azərbaycandadır

Yakov Milatoviç COP29-da iştirak edəcək

Monteneqro Prezidenti Azərbaycandadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.