XƏBƏRLƏR / Kriminal

“Moon Kids” MMC-nin direktoru tutuldu

Baş Prokurorluq məlumat yayıb

“Moon Kids” MMC-nin direktoru tutuldu
Havvaxanım Rüstəmova
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru barəsində həbs qətimkan tədbiri seçilib.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “Moon Kids” MMC-də yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    Qeyd edək ki, artıq Havvaxanım Rüstəmovanın rəhbəri olduğu “Moon Kids” Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdəki hesabları silinib.