XƏBƏRLƏR / Seçki

MSK: Müsavat Partiyasının namizədinin müraciəti əsassızdır

Müsavatın namizədi Bulud Ərzulla seçkidə pozuntularla bağlı MSK-ya 14 videogörüntü təqdim edib

MSK: Müsavat Partiyasının namizədinin müraciəti əsassızdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən Müsavat Partiyasından qeydə alınmış namizəd Bulud Ərzullanın müraciətinə baxılıb.
    Müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü İlkin Şahbazov məlumat verib.
    O bildirib ki, ərizəçi həmin dairənin 8 seçki məntəqəsində pozuntu olduğunu bildirib: “O bizə 14 videogörüntü təqdim edib. Videogörüntülər seçki məntəqəsindən kənarda çəkilib. Buna görə də ərizəçinin müraciəti təmin edilməməlidir. Buna görə də dairə seçki komisdiyasının qərarı qüvvədə saxlanılsım".

    Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.