Mübariz Mənsimov tələbələrə təqaüd verəcək
Bu barədə “Palmali Holding” məlumat verib
Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi Türkiyədə təhsil alan 150-dən çox azərbaycanlı tələbəyə 2023-2024-cü tədris ilində təqaüd verəcək. Təqaüd proqramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təsis edilib. Təqaüd proqramı Türkiyədə oxuyan tələbələrə dəstək olmaq və təhsillərini davam davam üçün maddi yardım göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin təqaüdünə layiq görülənlər arasında şəhid, qazi və müharibə iştirakçılarının övladları, təhsildə yüksək nəticələr göstərən, həmçinin aztəminatlı ailələrdən olan tələbələr var.
“Palmali Holding” şirkətinin və Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin təsisçisi və sədri, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun yaxın vaxtlarda təqaüd qalibləri ilə görüşü və tələbələrə müvafiq sertifikatların şəxsən təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, tələbələr “Palmali Holding” şirkətinin ofisinə dəvət olunacaqlar.
Onu da qeyd etmək lazımdır ki, Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin rəhbərliyi 2023-2024-cü tədris ili üçün təqaüd proqramının qaliblərinə müraciət edib. Müraciətdə deyilir:
"Əziz tələbələr,
Mübariz Qürbanoğlu Təhsil və Yardımlaşma Fondu 2023-2024-cü tədris ili üçün təqaüd müraciətlərinizi qiymətləndirib. Ətraflı məlumat əldə etmək üçün https://mgyardimlasmavakfi.org/burs-sonuclari/ üzərinə klikləməklə saytımıza daxil ola bilərsiniz.
Nəticələri öyrənmək üçün addımlar:
Yuxarıda qeyd olunan linkə klikləyin.
Açılan səhifədə TR ID Nömrəsi / Pasport Nömrəsi / Xarici ID Nömrəsi sahəsinə müvafiq məlumatlarınızı daxil edin.
Eyni səhifədə "Doğum tarixi" sahəsini doldurun.
Təqaüd nəticəsini “Sorğu” düyməsini sıxaraq öyrənə bilərsiniz.
VACİB QEYD: Ekranında görünəcək “Whatsapp Qrupu” linklərinə daxil olaraq qeyd olunan hər iki qrupa qoşulmalısınız. Həmçinin ekranda görünən Google formasını diqqətlə doldurmağınızı xahiş edirik. Bu addımların tamamlanması təqaüd prosesinin davam etməsi üçün vacibdir.
Əziz tələbələr, yaradılan bu fürsəti dəyərləndirdiyinizə və müraciətinizə görə sizə təşəkkür edir və uğurlu tədris ili arzulayırıq.
Hörmətlə,
Mübariz Qürbanoğlu Təhsil və Yardımlaşma Fondu".