XƏBƏRLƏR / İctimaiyyət

Mübariz Mənsimov televiziya açır FOTO

Bu barədə o, "facebook"dakı səhifəsində yazıb

Mübariz Mənsimov televiziya açır FOTO
Mübariz Mənsimov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə televiziya açır.

    O, bu barədə "Facebook"da yazıb: "Son vaxtlar bəzi mətbuat orqanlarında EKOL TV kimi tanınan telekanalın sahibi olan şirkətin səhmlərini aldığım barədə xəbərlər yayılıb.

    Radio yayımı sahəsində PAL Radio ilə əldə etdiyimiz təcrübəni bu dəfə televiziya dünyasına köçürmək məqsədi ilə uzun müddətdir apardığımız işlərin sonuna yaxınlaşırıq. İdarə Heyətinin sədri olduğum "Palmali Holdinq" Səhmdar Cəmiyyətinin tərkibindəki media şirkətimlə EKOL TV adlı televiziya kanalının sahibi olan şirkətin rəsmiləri arasında şirkətin əsas səhmlərinin MMC-yə verilməsi ilə bağlı danışıqlar aparılıb. "Palmali Holdinq"in tərkibində qurulan media şirkəti son mərhələyə çatıb.

    "Palmali Holdinq" Səhmdar Cəmiyyəti olaraq Türkiyədə televiziya jurnalistikasına və yayım həyatına yeni nəfəs və həyəcan gətirməyi hədəfləyirik və bu məqsədlə EKOL TV-ni çox qısa zamanda tamaşaçılarına çatdırmaq üçün işlərimizi davam etdiririk.

    Hörmətimi bildirirəm və televiziya jurnalistikasına yeni nəfəs gətirəcək EKOL TV-nin Türkiyənin xəbər kanalı olması üçün səylərimizi davam etdirdiyimizi və baş verənləri sizlərə də çatdıracağımızı bildirirəm. MÜBARİZ QURBANOĞLU". 

    Mübariz Mənsimov hətta yeni foto  paylaşıb: