XƏBƏRLƏR / Hərbi

Müdafiə naziri misirli həmkarı ilə görüşüb

Zakir Həsənov Mohamed Ahmed Zaki ilə "EDEX 2023" beynəlxalq müdafiə sərgisi çərçivəsində bir araya gəlib

Müdafiə naziri misirli həmkarı ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. 

    Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

    Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.