XƏBƏRLƏR / Hərbi

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Z.Həsənov çinli həmkarı admiral Don Cun ilə görüşüb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir. 

    General-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC - China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib.

    Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

    Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.