XƏBƏRLƏR / Hərbi

Müdafiə nazirinin müavinləri Dubay Hava Sərgisində FOTO

Müdafiə nazirinin müavinləri müxtəlif rəsmi şəxslər və beynəlxalq şirkətlərlə görüşüblər

Müdafiə nazirinin müavinləri Dubay Hava Sərgisində FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan müdafiə nazirinin müavinləri Dubay Hava Sərgisi 2025-də iştirak edir.

    Müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Namiq İslamzadə və müdafiə nazirinin müavini və Baş direktor Aqil Qurbanov Dubay Hava Sərgisi 2025 aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər ediblər.

    Müdafiə nazirinin müavinləri müxtəlif rəsmi şəxslər və beynəlxalq şirkətlərin nümayəndələri ilə birlikdə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.

    Azərbaycan nümayəndə heyəti aparıcı beynəlxalq şirkətlər tərəfindən nümayiş etdirilən hərbi aviasiya, qlobal aeronavtika, süni intellekt əsaslı innovasiyalar və kosmik tədqiqatlar haqqında məlumat əldə edib.

    Səfər zamanı bir neçə şirkətin rəhbərləri ilə görüşlər keçirildi və hərbi-texniki əməkdaşlıq üçün maraq doğuran məsələlər müzakirə edilib.

    Qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən "MIRAS" Hərbi-Sənaye Şirkəti sərgidə ilk dəfə olaraq Azərbaycanı stendlə təmsil edib.