Müdafiə Nazirliyinin daha bir maliyyəçisi tutuldu
Elvin Cəfərov CM-nin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur
Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib.
O, Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bağlı təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.