XƏBƏRLƏR / Təhsil

Müəllimlər günü ilə əlaqədar məktəblərə ciddi xəbərdarlıq

Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi tabeli müəssiələrinə təlimat göndərilib

Müəllimlər günü ilə əlaqədar məktəblərə ciddi xəbərdarlıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr – müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib.

    Bu barədə Agentlik məlumat yayıb.

    Bildirilib ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə təlimat göndərilib, müvafiq tapşırıqları verilib.

    "Valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir", - deyə xəbərdarlıqda vurğulanıb.