Muğladakı meşə yanğını dünən günortadan sonra Antalya şəhərinin Kaş rayonu sərhədləri daxilindəki meşə sahəsinə yayılıb.

Havadan və qurudan gələn qrupların intensiv müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb.
Bu arada, Antalya Vilayət Fəlakət və Təcili Yardım İdarəsi (AFAD) yanğın nəticəsində təxliyələr, zədələnmiş tikililər, elektrik kəsintiləri və kənd təsərrüfatı itkiləri ilə bağlı ilkin məlumatları paylaşıb.
Kaş rayonunun Palamut, Çavdır, Aklar və Kınık məhəllələrini əhatə edən yanğın Palamut məhəlləsində 8 evə və 15 tövləyə ziyan vurub. Yanğını söndürməkdə iştirak edən yanğınsöndürən maşınlardan biri də zərər görüb.
Yanğın nəticəsində Muğla və Antalya boyunca 334 kənd və məhəllədə yerləşən 2931 transformatorda elektrik kəsintiləri baş verib. Kəsintilər nəticəsində 141.647 abonent müvəqqəti olaraq elektriksiz qalıb.
AFAD-ın ilkin kənd təsərrüfatı ziyanının qiymətləndirilməsi tədqiqatlarına görə, yanğın 300.000 kvadratmetr istixana, 45.000 kvadratmetr zeytun bağı, 10.000 kvadratmetr portağal bağı və 1000 kvadratmetr üzüm bağına ziyan vurub. Həmçinin 1500 pomidor şitilinin yanğından zərər çəkdiyi müəyyən edilib.

Yanğında 1 iri və 5 xırda heyvanın, eləcə də 100 arı pətəyindəki arıların tələf olduğu qeydə alınıb.
1 dəqiqə