Muxtar Babayev BMT rəsmisi ilə COP29-u müzakirə edib
Nazir BMT Baş katibinin müavini xanım Əminə Məhəmməd ilə ikitərəfli görüş keçirib

Bu gün Afrika Enerji Sammitində COP29-un prezidenti Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini xanım Əminə Məhəmməd ilə ikitərəfli görüş keçirib.
Bu barədə COP29-un “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilir ki, onlar COP29-da əldə olunan irəliləyişləri müzakirə ediblər.
Tərəflər Bakıda qazanılmış nailiyyətlərin möhkəmləndirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsi zərurətindən danışıblar.