XƏBƏRLƏR / Hərbi

N hərbi hissəsində taktiki təlim keçirilib FOTO

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb

N hərbi hissəsində taktiki təlim keçirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2026-cı il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsinin taktiki təlimi keçirilib. 

    Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində bölmələrin tapşırıqların icrası ilə bağlı fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlərin qəbul edilmiş qərarlara dair məruzələri dinlənilib.

    Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.