XƏBƏRLƏR / Hərbi

NATO-nun Baş katibi Zakir Həsənovla görüşüb

Yens Stoltenberq Azərbaycan müdafiə naziri ilə NATO ilə tərəfdaşlığı müzakirə edib

NATO-nun Baş katibi Zakir Həsənovla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib.

    Bu barədə NATO-nun Baş katibi martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

    Stoltenberq Ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.