XƏBƏRLƏR / Hərbi

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treyninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.