XƏBƏRLƏR / Hərbi

NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Bakıda

Bu, Kevin Hamiltonun vəzifəyə təyin olunduqdan bəri Azərbaycana ilk səfəridir

NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Bakıda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton Azərbaycana səfər edir.

    Səfəri çərçivəsində o, Bakıda bir sıra görüşlər, o cümlədən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ekspert icmasının nümayəndələri ilə görüşlər keçirəcək. Bu, Hamiltonun Alyansın region üzrə xüsusi nümayəndəsi təyin olunduqdan bəri Azərbaycana ilk səfəridir.