XƏBƏRLƏR / Hərbi

NATO tarixində ən böyük təlimlərə hazıırlaşıır

Şimali Atlantika bloku Rusiyaya “alyansın müharibəyə hazır olduğunu” nümayiş etdirməlidir

NATO tarixində ən böyük təlimlərə hazıırlaşıır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "The Financial Times" (FT) xəbər verir ki, NATO soyuq müharibədən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.

    NATO bu manevrləri Rusiya tərəfinə “alyansın müharibəyə hazır olduğunu” nümayiş etdirməyin əsas hissəsi hesab edir.

    “Steadfast Defender” (Yenilməz müdafiəçı) adlanan tədbirdə ən azı 41 min hərbçi və 50-dən çox gəmi iştirak edəcək. Manevrlər zamanı hərbçilər 500-dən 700-ə qədər uçuş həyata keçirəcəklər.

    Nəşrin məlumatına görə, qoşunlar üçün daha real ssenarilər yaratmaq üçün real coğrafi məlumatlardan istifadə edilməsi planlaşdırılır.

    Təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Manevrlərdə alyansa üzv ölkələrlə yanaşı, İsveç də iştirak edəcək.