XƏBƏRLƏR / Sağlamlıq

Naxçıvan Səhiyyə nazirliyinin açıqlaması YENİLƏNİB

İranın dron hücumu nəticəsində xəsarət alanlar barədə məlumat yayılıb

Naxçıvan Səhiyyə nazirliyinin açıqlaması YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

    Xəstəxanadan bildirilib ki, onların vəziyyətləri stabildir.

    ***

    Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Hava Limanına dron hücumu nəticəsində xəsarət alanlar barədə məlumatlara münasibət bildirib.

    Nazirlik bir vətəndaşın tibbi yardıma müraciət etdiyini bildirib.

    O, dron qəzasının yaratdığı yüksək səs-küy səbəbindən qulaq tıkanıklığı (akustik travma) keçirib.

    Bu hadisə nəticəsində başqa xəsarət və ya travmatik təcrübə qeydə alınmayıb.