XƏBƏRLƏR / Hərbi

Naxçıvanda Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb

Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür

Naxçıvanda Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

    Bu barədə ANS Press-ə Müdafiə Nazirliyindən bildirilib.

    Hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.